• 27 Dekabr 2024
logo
Baş konsul: Təyyarə qəzasından sonra xəstəxanaya aparılarkən və orada ölən olmayıb

Baş konsul: Təyyarə qəzasından sonra xəstəxanaya aparılarkən və orada ölən olmayıb

“Qazaxıstan dövlətinə dərin təşəkkürümüzü bildiririk”.

APA-nın Qazaxıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.

“Qazaxıstan dövlətinin əlaqədar strukturları hadisələrə çox operativ şəkildə reaksiya verdilər. Onlar əllərindən gələni etdilər ki, yaralıları sağ çıxara bilsinlər. Çox vaxtında, zamanında lazım olanı etdilər. Aktauda Türkiyə, İran, Türkmənistan və Özbəkistanın da Baş konsulluqları fəaliyyət göstərir, onlar da bura gəldilər. Xəstəxanada da tibbi müdaxilə vaxtında edildi. Həkimlər əllərindən gələni etdi ki, yaralılar həyatda qalsın. Məndə olan məlumata görə, nə xəstəxanaya aparılarkən, nə də xəstəxanada ölən olub”.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Qəzanın səbəbləri araşdırılır.