Biz Tramp komandasından Rusiya ilə dialoqu bərpa etməkdə maraqlı olduqları barədə siqnallar eşidirik.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Moskva Tramp administrasiyası ilə Ukrayna ilə bağlı məsləhətləşmələrə hazırdır və Ağ Evin münaqişənin əsas səbəblərini araşdıracağına ümid edir.
Lavrov qeyd edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək razılaşmalarda onların pozulmasının qeyri-mümkünlüyünə dair mexanizm olmalıdır.