• 27 Dekabr 2024
logo
Matviyenko: Ukraynada sülh üzrə danışıqlar 2025-ci ildə başlayacaq

Matviyenko: Ukraynada sülh üzrə danışıqlar 2025-ci ildə başlayacaq

“Ukraynada sülh üzrə danışıqlar 2025-ci ildə başlayacaq”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.

Xatırladaq ki, “Magyar Nemzet” nəşrinə müsahibə verən Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı müharibənin 2025-ci ildə ya sülh danışıqları, ya da tərəflərdən birinin məğlubiyyəti ilə yekunlaşacağını söyləyib.

O Ukraynanın ərazisinin 20 faizini itirdiyini, milyonlarla qaçqınların olduğunu qeyd edib. Macar hökumət başçısının sözlərinə görə, adıçəkilən ölkə postmüharibə dövründə nə iqtisadiyyatının bərpasını, nə də digər zəruri işləri müstəqil şəkildə həyata keçirmək iqtidarında deyil.