Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib: “Bu gün səhər saatlarında baş verən hadisə məni dərindən kədərləndirdi. Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa arzulayıram!”.