2021-ci ilin dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin fəaliyyətinin təmin olunması məqsədilə cəm olaraq 55,9 milyon manat məbləğində vəsait ayrılıb.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Qeyd olunub ki, bu rəqəm 2020-ci illə müqayisədə 6,6 milyon manat və ya 13,4 faiz çoxdur.
Bu vəsait “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılıb.