• 23 Oktyabr 2024
logo
Parlament seçkiləri ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Parlament seçkiləri ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Parlament seçkiləri ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Gürcüstan vətəndaşlarının səsvermə hüququndan istifadə etməsi üçün diplomatik nümayəndəlik tərəfindən müvafiq şərait yaradılacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixində keçiriləcək.