• 26 Dekabr 2024
logo
Nazir müavini: Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflər açılır

Nazir müavini: Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflər açılır

Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflərin açılması üçün şərait yaradılır.
Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bu ildən rus bölməsi üzrə I sinfə şagird qəbulunda müsahibə mərhələsi keçirilir.
M.Vəliyeva bu il müsahibə mərhələsində yaxşı nəticə göstərən uşaqların siniflərə yerləşdirildiyini də söyləyib: "1-ci siniflərə qəbul prosesinin demək olar ki, 90 faizi yekunlaşıb. Bu günə qədər qəbulla bağlı narazılıq olmayıb".