"“COVID-19” xəstəliyinə qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan "Vaxzevria” vaksininin yaşı 60-dan yuxarı olanlara tətbiq olunması istehsalçının təlimatı və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən müəyyən edilib".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlik vaksinin 6 regionda tətbiqi məsələsinə də aydınlıq gətirilib.
“Vaksin əvvəl əhalisi çox olan böyük şəhərlərdə tətbiq olunacaq. Sonra isə əhatə dairəsi genişlənəcək”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, mayın 3-dən Azərbaycanda "Vaxzevria” peyvəndinin tətbiqinə başlanılacaq. Peyvənd Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.