Oktyabrın 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedəcək. Tədbir MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində baş tutacaq.
Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sözügedən iclasda iştirak məqsədilə XİN başçısı Ceyhun Bayramov Moskvaya səfər edib.