• 21 Dekabr 2024
logo
Makron Pavel Durovun saxlanılmasının səbəbini açıqladı

Makron Pavel Durovun saxlanılmasının səbəbini açıqladı

Teleqram mesencerinin həmtəsisçisi Pavel Durovun həbsinin arxasında heç bir siyasi qərar dayanmayıb. Bu, Fransa məhkəmə sisteminin qanun pozuntularına və əməkdaşlıqdan imtinaya cavab olaraq atdığı addımdır.

Baymedia.az Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron "Variety" jurnalına müsahibəsində deyib.

Fransa prezidenti bildirib ki, Teleqram bəzi digər platformalar kimi dözümsüzlüyün artmasına töhfə verir və ifadə azadlığını qorumaq adı altında demokratiyaya qarşı çıxış edir.

"Rəqəmsal oyunçulardan internetdə hər hansı qeyri-qanuni fəaliyyətə qarşı mübarizədə əməkdaşlıq tələb olunur və bizim məhkəmə sistemimiz qanun pozuntusuna müvafiq reaksiya vermək səlahiyyətindədir. Teleqramın həmtəsisçisinin saxlanılması da məhz bununla əlaqədardır", - deyə Makron vurğulayıb.