Ədəbiyyat üzrə “Nobel” mükafatının builki favorit namizədləri məlum olub.
APA “The Guardian“a istinadən xəbər verir ki, 71 yaşlı çinli yazıçı Tsan Sue bukmeykerlərin proqnozlarına liderlik edir.
T.Sue sözügedən mükafata layiq görülsə, dünyada 18-ci, Çində isə 3-cü “Nobel” alan xanım kimi tarixə düşəcək.
Eyni zamanda, bildirilib ki, siyahının ikinci pilləsində Cerald Menrayn qərarlaşıb.
Həmçinin “Nobel” ala biləcək yazıçıların arasında Enn Karson (Böyük Britaniya), Lyudmila Ulitskaya, (Rusiya), Mirça Keteresku (Rumıniya), Marqaret Etvud (Kanada), Coys Kerol Outs (ABŞ), eləcə də Yoko Ohavanın da adları çəkilir.
Qeyd edək ki, ədəbiyyat üzrə “Nobel” mükafatının qalibi oktyabrın 10-u elan olunacaq.