• 1 Noyabr 2024
logo
Təbrizdə tarixi abidə məhv olur

Təbrizdə tarixi abidə məhv olur

Təbrizin tarixi Dəvəçi məhəlləsində yerləşən və Səfəvilər dövrünə aid olan məşhur Dəvəçi karvansarayı tamamilə məhv olmaq üzrədir.

Baymedia.az xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb.

Bildirilib ki, Təbrizin 10-cu bölgəsinin bələdiyyəsi tarixi abidənin bərpası və qorunması ilə bağlı müraciətləri cavabsız qoyub.

Qeyd edək ki, Dəvəçi karvansarayı məşhur italiyalı səyyah Marko Polonun Təbrizə səfəri zamanı qaldığı yerdir.