• 9 Oktyabr 2026
logo
Dövlət Xidməti: “Minəcik” karvansarasının bərpası məsələsi diqqətdə saxlanılır

Dövlət Xidməti: “Minəcik” karvansarasının bərpası məsələsi diqqətdə saxlanılır

“Qaradağ rayonu ərazisində yerləşən “Minəcik” adı ilə tanınan karvansara Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin tarixi abidə Dövlət Xidmətinin nəzarətindədir: “Karvansaraların bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır. Abidə bərpa olunması üçün növbəti illərin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.