• 9 Oktyabr 2026
logo
Rəşad Məcid AYB-nin sədr müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu katib təyin olunub

Rəşad Məcid AYB-nin sədr müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu katib təyin olunub

Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatı olub.

Bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
Rəşad Məcid AYB-nin sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB katibləri təyin olunub.

Qeyd edək ki, bundan öncə Rəşad Məcid AYB-də gənclər üzrə katib, Elçin Hüseynbəyli sədrin müşaviri, Salim Babulaoğlu isə bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri olub.

R. Məcid eyni zamanda AYB-də gənclər üzrə katib vəzifəsində də qalacaq.