Xalq artisti Röya Ayxan yeni paylaşımı ilə diqqət çəkib.
Sənətçi İnstaqram hesabında ATV kanalında nümayiş olunan xarici kliplərdən birinin görüntülərini paylaşıb.
O, paylaşıma tənqidi şərh yazaraq kanala irad bildirib:
"Təsadüfən 20 dəqiqədir ki, bizim kanalı izlədim və anladım ki, keçən müddət ərzində heç nə dəyişilməyib. 20 dəqiqə ərzində cəmi bir azərbaycanlı müğənni gördüm. Hər kəsə pulsuz olar, özümüzdən başqa".