Azərbaycanın xalq artisti Vaqif Əliyev vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ürək çatışmazlığından dünyasını dəyişən aktyor dünən Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışırdı. 1990-cı ildə “Əməkdar artist”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.