• 9 Oktyabr 2026
logo
Məşhur ispan yazıçısı Alfonso Sastre vəfat edib

Məşhur ispan yazıçısı Alfonso Sastre vəfat edib

İspan yazıçı və dramaturq Alfonso Sastre 95 yaşında vəfat edib.
Tass xəbər verir ki, o, Fuentarrabiya şəhərindəki evində ölüb.
Alfonso Sastre 1926-cı ildə Madriddə anadan olub. O, yazıçı, dramaturq, kinorejissor kimi fəaliyyət göstərib. 1920-ci illərdə İspaniya Vətəndaş Müharibəsindən sonra məşhurlaşan “Əllilər nəsli"nin yenilikçi yazıçıların əsas nümayəndələrindən biri olub.
Franko diktaturasına qarşı mübarizəsi ilə də seçilib.
"Tıxac" , "Şəbəkədə" "Sanço Pansanın sonsuz Səyahəti" kimi pyeslərin müəllifidir.
1986-cı ildə Milli Teatr Mükafatına layiq görülüb.