• 9 Oktyabr 2026
logo
Xalq artisti Vaqif Şərifov reanimasiyaya yerləşdirilib

Xalq artisti Vaqif Şərifov reanimasiyaya yerləşdirilib

Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifovun vəziyyəti ağırlaşıb.
Xalq artistin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, ürəyində problem yaranan V. Şərifovun vəziyyəti ağır olaraq qalır.