Azərbaycan Dövlət Film Fondunun ekspozisiyasında bəstəkar Emin Sabitoğlunun doğum günü münasibətilə fotosərgi təşkil olunub.
Film Fondundan verilən məlumata görə, sərgidə bəstəkarın şəxsi arxiv fonduna daxil edilmiş fotoşəkillər nümayiş olunur.
Sərgi noyabrın 17-ə kimi davam edəcək.
Qeyd edək ki, Emin Sabitoğlu “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Atları yəhərləyin”, “Bəyin oğurlanması”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” filmlərinin musiqisini yazıb.