• 30 Aprel 2024
logo
“1984” romanı yenidən yazılacaq

“1984” romanı yenidən yazılacaq

Amerikalı yazıçı Sandra Nyuman Corc Oruellin "1984" romanını qadın nöqteyi-nəzərindən təkrar yazacaq.
TASS xəbər verir ki, Britaniya Yazıçılar əsərin yenidən nəşri ideyasını təsdiqləyib.
Yeni kitab "Julia" adı altında 2023-cü ildə çıxacaq. Yazıçı baş qəhrəman Uinston Smitin sevgilisi adından “1984” hadisələri haqqında danışacaq.
Yazıçının oğlu və varisi Riçard Bleyr də bu ideyanı təsdiqləyib.
Qeyd edək ki, Oruell Fondu uzun müddətdir ki, uyğun müəllif axtardıqlarını qeyd edib və "Hər kəsin etdiyi yeganə yaxşı şey" (2002) adlı debüt kitabı ilə məşhurlaşan Sandra Nyumanı "ideal namizəd" adlandırıb.