• 9 Oktyabr 2026
logo
Rusiyalı yazıçı Albert Lixanov vəfat edib

Rusiyalı yazıçı Albert Lixanov vəfat edib

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanov vəfat edib.
TASS-ın verdiyi xəbərə görə, 86 yaşlı yazıçı bu gün vəfat edib.
Qeyd edək ki, o, ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.