• 9 Oktyabr 2026
logo
Aktyor Məmməd Zeynalov vəfat edib

Aktyor Məmməd Zeynalov vəfat edib

Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalov vəfat edib.
Bu barədə APA-ya aktyorun ailəsindən məlumat verilib.
M. Zeynalov bu gün 43 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M. Zeynalov böyrək çatışmazlığından və ağciyər xərçəngindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!