• 9 Oktyabr 2026
logo
Kamil Cəlilov vəfat edib

Kamil Cəlilov vəfat edib

Azərbaycan qoboyçusu, Xalq artisti, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib.
Bu barədə APA-ya jurnalist Əli Novruzəliyev məlumat verib.
Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.