Abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi məqsədilə müqavilələrə əsasən 155 abidə pasportu və abidələrin mühafizə zonaları üzrə 108 layihənin hazırlanması işlərinə başlanılıb.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əksini tapıb.
Qeyd olunub ki, bunlardan 42 pasport ( Şuşa şəhəri üzrə 30) və 10 mühafizə zonasının layihəsi işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələr üzrə hazırlanır.