• 8 Oktyabr 2026
logo
Azərbaycan və Ukrayna musiqiçiləri “Ukrayna üçün dua” ifa edib

Azərbaycan və Ukrayna musiqiçiləri “Ukrayna üçün dua” ifa edib - VİDEO

Azərbaycan və Ukrayna musiqiçiləri birlikdə Ukraynanın mənəvi himni kimi şöhrət qazanmış mahnını - "Ukrayna üçün dua"nı ifa ediblər. Nikolay Lısenkonun "Ukrayna üçün dua" mahnısı Hidayət Əliyevin ifasında və xüsusi yaradılmış Azərbaycan-Ukrayna musiqiçilərinin müşayiəti ilə təqdim olunub. Musiqi komandasında tarda Polina Desyatniçenko, kamançada Toğrul Əsədulayev, kanunda isə Vəfa Şirəliyeva yer alıb.