Azərbaycan Prezidenti İlham Əliyev Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi barədə sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:
"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilsin".