Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Naxçıvan Muxtar Respublikasına səfər edib.
Baymedia.az xəbər verir ki, Adil Kərimli ilk olaraq, Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Nazirin bu gün muxtar respublikada bir sıra görüşlər keçirəcəyi gözlənilir.