Təbrizin tarixi binalarından olan və otel kimi fəaliyyət göstərən “Sorxei” oteli məcburi hicab qaydalarını pozanlara xidmət göstərdiyi üçün bağlanıb.
Baymedia.az xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb.
Qeyd edilib ki, “Sorxei” oteli Təbrizdə yeganə tarixi otel olub və bir neçə ay əvvəl Mədəni İrs Təşkilatı tərəfindən açılmışdı.