• 7 Oktyabr 2026
logo
Türkiyənin daha bir məşhur müğənnisi Bakıya gəlir

Türkiyənin daha bir məşhur müğənnisi Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi Yalın Bakıda 2 gün konsert verəcək.

Baymedia.az xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb.

Məlumata görə, konsert 25-26 aprel tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.

Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 350 manatdır.

Qeyd edək ki, Yalının konserti 4 may 2024-cü il tarixində “Bakı Kristal Holl”da keçirilməli idi.