• 17 May 2024
logo
Meksikada güclü zəlzələ oldu

Meksikada güclü zəlzələ oldu

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən Tuxtla Qutyerres şəhərindən 64 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 143 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.