• 17 May 2024
logo
Ağ Evdən Tiflisə xəbərdarlıq: Fəxr etdiyiniz prinsiplər...

Ağ Evdən Tiflisə xəbərdarlıq: Fəxr etdiyiniz prinsiplər...

ABŞ Gürcüstan parlamentinin “Xarici Təsirdə Şəffaflıq” qanun layihəsini qəbul etməsinin bu ölkədə demokratik əsasları sarsıda biləcəyindən narahatdır.

Baymedia.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Biz bu qanun layihəsinin fərqli fikirlər, söz azadlığı və Gürcüstanın haqlı olaraq fəxr etdiyi demokratik prinsiplərə və demokratiyaya potensial zərəri baxımından çox narahatıq”, - deyə Kirbi bildirib.