• 18 May 2024
logo
Erməni deputatlar ABŞ-da: Kemeron delimitasiyanı alqışladı

Erməni deputatlar ABŞ-da: Kemeron delimitasiyanı alqışladı

Ermənistan parlamentinin Ermənistan-ABŞ Dostluq Qrupunun üzvləri mayın 3-də Vaşinqtonda Dövlət Departamentinin Qafqaz və regional münaqişələr üzrə idarəsinin direktoru Mark Kemeron ilə görüşüb.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Görüşdə Mark Kemeron Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesini alqışlayıb.

Kemeron vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyini və demokratik inkişafını dəstəkləyir.