• 19 May 2024
logo
Rusiya onları da axtarışa verdi

Rusiya onları da axtarışa verdi

02:05

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkini, Ali Radanın keçmiş spikeri Vladimir Qroysmanı və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq rəhbəri Aleksey Danilovu axtarışa verib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

Qeyd edək ki, daha öncə Rusiya DİN Ukrayna Prezidenti Vladimir Zelenski və keçmiş dövlət başçısı Pyotr Poroşenkonu axtarışa verib.