• 19 May 2024
logo
Rəfah keçid məntəqəsi işini dayandırdı

Rəfah keçid məntəqəsi işini dayandırdı

09:06

İsrail Müdafiə Ordusunun zirehli bölmələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub.

Baymedia.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İsrail ordusu Rəfahın şərqindəki HƏMAS hədəflərinə dəqiq zərbələr endirib. Misir televiziya kanallarının nümayiş etdirdiyi "Rəfah" nəzarət məntəqəsinə aid görüntülərdə atəş və partlayışlar, tankların, helikopterlərin səsləri eşidilir.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Rəfah keçid məntəqəsi vasitəsilə sərnişin nəqliyyatının hərəkəti və Qəzza zolağına humanitar yardımın çatdırılması dayandırılıb.