• 19 May 2024
logo
Paşinyan savaşa girir: Bu gün saat 12-də...

Paşinyan savaşa girir: Bu gün saat 12-də...

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində baş verən son proseslər, delimitasiyadan istifadə edərək ona qarşı aparılan təbliğatla bağlı informasiya savaşına şəxsən qatılmağa qərar verib.

Baymedia.az xəbər verir ki, Paşinyanın bu gün saat 12:00-da geniş mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, sərhəd kəndi Kirantsdan keşiş Baqratın rəhbərlik etdiyi yürüş İrəvana istiqamətlənib. Yürüş iştirakçılarının 9 mayda İrəvana çatacağı və burda böyük aksiya keçirəcəyi gözlənilir.