• 19 May 2024
logo
Rusiya Kupyanskda qüvvələrini toplayır - Ukrayna

Rusiya Kupyanskda qüvvələrini toplayır - Ukrayna

Kupyansk istiqamətində gərginlik səviyyəsi əhəmiyyətli dərəcədə artır.

Baymedia.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın 3-cü Əlahiddə Tank Briqadasının zabiti Vladimir Qontar çıxış edib.

“Ümumiyyətlə, vəziyyət əvvəlki kimi gərgindir, deyərdim ki, bizim əks-hücum zamanı ilə müqayisədə gərginlik kifayət qədər yüksəkdir", - V.Qontar söyləyib.

Qontar əlavə edib ki, düşmən qüvvələrini toplayır və hücumlar zamanı Ukrayna mövqelərinin müdafiəsinin gücünü müəyyənləşdirməyə çalışır.