• 19 May 2024
logo
Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədəki etiraz aksiyalarıl zamanı kütləvi iğtişaşların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Baymedia.az quruma istinadən xəbər verir ki, məlumatda Tbilisidəki mitinqlərdə törədiləcək kütləvi iğtişaşlara aralarında ölkə vətəndaşları da olmaqla, Ukraynadakı döyüşlərdə iştirak etmiş şəxslərin cəlb olunacağı bildirilib.

Məlumatda o da deyilir ki, bu şəxslərə ödəniləcək kriptovalyuta müqabilində paytaxtın müxtəlif ərazilərində ictimai asayişin pozulması, polis əməkdaşlarına qarşı zorakılıqların tətbiqi, onların aksiya iştirakçıların tərəfinə cəlb edilməsi, habelə digər bu kimi təxribatlar törədilməsi və dövlət çevrilişinə cəhd olunması tapşırılıb.