• 20 May 2024
logo
Fransa başa düşür ki, məhv edəcəyik - Zaxarova

Fransa başa düşür ki, məhv edəcəyik - Zaxarova

Fransa hərbçiləri Ukraynadakı münaqişə zonasında peyda olarsa, qaçılmaz olaraq Rusiya ordusunun hədəfinə çevriləcək.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Fransızlar münaqişə zonasında (Ukraynada – red.) peyda olsalar, onlar qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər. Mənə elə gəlir ki, Paris bunu yaxşı başa düşür”, - o bildirib.