• 21 May 2024
logo
ABŞ Tiflisə ultimatum verdi

ABŞ Tiflisə ultimatum verdi

Gürcüstan hökuməti kursunu dəyişməlidir.

Baymedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Qanun layihəsinə (xarici agentlərlə bağlı qanun layihəsi nəzərdə tutulur – red.) etiraz edənlərə qarşı görülən tədbirlərdən və onun təsdiqi istiqamətində görülən işlərdən çox narahatıq. Biz vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki gücdən istifadə hallarının artması ilə bağlı məlumatlardan xəbərdarıq. Bunu pisləyirik və dərhal tam araşdırma aparmağa çağırırıq”, - o bildirib.

Millerin sözlərinə görə, ABŞ Gürcüstanla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır:

“Amma Gürcüstan hökuməti bunun üçün kursunu dəyişməlidir”.