• 20 May 2024
logo
Sərnişin avtobusu çaya düşdü: ölənlər var

Sərnişin avtobusu çaya düşdü: ölənlər var

16:06

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu Moyka çayına düşüb.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və vilayət üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilib.

Məlumata görə, avtobusda təxminən 20 nəfər olub.

Hadisə yerinə 18 texnika və 70 xilasedici cəlb edilib.

***

Sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və vilayət üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

Qəza nəticəsində xəsarət alanlardan 4 nəfərin klinik ölüm vəziyyətində olduğu bildirilir.