• 21 May 2024
logo
Keşiş Baqrata yarım səs də verməyəcəyik - Köçəryan

Keşiş Baqrata yarım səs də verməyəcəyik - Köçəryan

Baqrat Qalstanyan baş nazirliyə namizəd olmaq istəsə, o və siyasi komandası 2026-cı ilə qədər gözləməli olacaq.

Baymedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan deyib.

“Keşiş Baqrat Mülki Müqavilə fraksiyasında yarım səs belə almayacaq”, - Köçəryan impiçment məsələsi ilə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, Paşinyanın impiçment prosesini başlatmaq üçün 36 deputatın imzasına ehtiyac var. Müxalifət isə 35 deputat mandatına sahibdir. Qərar layihəsini təqdim etmək üçün hakim partiyanın bir deputatı da müxaliflərə qoşulmalıdır.