Cənubi Afrika Respublikası (CAR) İsrailə qarşı əlavə tədbirlərin görülməsi üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Müraciətdə bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin daha əvvəl qəbul etdiyi ehtiyat tədbirləri Qəzzada dəyişən şərtlər qarşısında qeyri-kafi qalır.
Eyni zamanda qeyd edilib ki, İsrailin Rəfaha hücumu nəticəsində yaranacaq vəziyyət Qəzzada Fələstin xalqının hüquqlarına bərpaolunmaz ziyan vuracaq.