Ermənistan parlamentinin keçmiş deputatı Tiqran Urixanyan rəsmi İrəvanın sorğusu əsasında Rusiyada saxlanılıb.
Baymedia.az-ın “lurer.am”a istinadən xəbərinə görə, müxalifətdəki “Alyans” Partiyasının sədri olan T. Urixanyan ölkəsində hökumət əleyhinə açıq çağırışlarda ittiham olunur.
Ona qarşı Ermənistanın Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.