Slovakiyanın Baş naziri Robert Fitsonun həyati təhlükəsi yoxdur.
Baymedia.az xəbər verir ki, bu sözləri BBC-yə açıqlamasında Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomaş Taraba deyib.
"Düşünürəm ki, o, sağ qalacaq. Hazırda onun həyatı üçün təhlükə yoxdur", - o bildirib.
Taraba Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib.
Xatırladaq ki, ötən gün hökumət iclasından çıxarkən R.Fitsoya sui-qəsd edilib. Ona 5 dəfə atəş açılıb.