• 2 Sentyabr 2026
logo
Təbrizdə helikopter qəzasında həlak olanlarla vida mərasimi başlayıb

Təbrizdə helikopter qəzasında həlak olanlarla vida mərasimi başlayıb

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən dövlət rəsmiləri ilə vida mərasimi başlayıb.

Baymedia.az-ın “IRNA“ agentliyinə istinadən xəbərinə görə, tədbir Təbrizdə keçirilir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.