Rusiyanın Kemerovo vilayətində iki tramvay toqquşub.
Baymedia.az xəbər verir ki, bu barədə Kemerovo qubernatorunun səlahiyyətlərini icra edən İlya Seredyuk bildirib.
"Hadisə nəticəsində 67 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. On nəfər isə ambulator müalicəyə göndərilib”, - İ.Seredyuk qeyd edib.
Qəzanın səbəbləri araşdırılır.