• 2 Sentyabr 2026
logo
Gürcüstanda qırıcı qəzası: ölən var

Gürcüstanda qırıcı qəzası: ölən var

14:43

Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində təyyarənin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Baymedia.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Müdafiə qüvvələrinə məxsus təyyarələrdən biri planlaşdırılmış hərbi təlim zamanı qəzaya uğrayıb. Su-25-in qəzaya uğraması nəticəsində müdafiə qüvvələrinin aviasiya və hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyinin müvafiq bölmələri hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır”, - məlumatda bildirilib.