• 12 İyul 2025
logo
ABŞ-da konsertdə atışma olub, yaralananlar var

ABŞ-da konsertdə atışma olub, yaralananlar var

ABŞ-ın Oreqon ştatının Yucin şəhərində konsert zamanı atışma nəticəsində azı 6 nəfər yaralanıb.
Bu barədə şəhər polis idarəsi "Twitter"də yazıb.
Məlumata görə, konsert zalında bir neçə atışma barədə ilk xəbərlər cümə günü axşam gəlib. Hadisə yerinə polis və digər təcili xidmətlər gəlib.
Beş yaralı yerli xəstəxanaya çatdırılıb. Sonradan onların sayı altıya yüksəlib.
Hadisənin səbəbləri hələlik açıqlanmır.