• 22 Sentyabr 2026
logo
Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçirilir

Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçirilir - YENİLƏNİB-1

Ukrayna-Rusiya danışıqları başlayıb.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Xatirladaq ki, danışıqlar Belarusun Brest vilayətində keçirilir.
***
17:57

Ukrayna nümayəndə heyəti Belarusda Rusiya ilə danışıqların keçiriləcəyi Belovej meşəsinə çatıb.
TASS xəbər verir ki, Ukrayna nümayəndə heyəti əraziyə helikopterlə gəlib.
***
16:00

Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar üçün yola düşüb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak "Twitter"də bildirib.
“Rusiya Federasiyası ilə danışıqlar üçün. Artıq helikopterdəyik. Bir neçə saatdan sonra başlayacağıq...” - o vurğulayıb.