• 22 Sentyabr 2026
logo
Zelenski: "Vinnitsa hava limanı tamamilə dağıdılıb"

Zelenski: "Vinnitsa hava limanı tamamilə dağıdılıb"

Ukraynanın Vinnitsa vilayətinin mərkəzi Vinnitsa şəhəri yaxınlığındakı hava limanı raket hücumundan sonra tamamilə dağıdılıb.
“unian.net”-in verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
V. Zelenski deyib ki, Vinnitsaya 8 raket zərbəsi endirilib, aeroport tamamilə dağıdılıb: “Bizim sülhpərvər Vinnitsa heç vaxt Rusiyaya təhlükə yaratmayıb. Onlar bizim infrastrukturu dağıtmağa davam edirlər”.